Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 76 kv.m və dam örtüyünün yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.
Teleqraf.com-un məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Xəzər rayonunda isə ümumi sahəsi 1300 kv.m olan ikimərtəbəli 8 otaqlı mansard tipli evin mansardının, mətbəxinin, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 127 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.