BAKI, 9 iyun. TELEQRAF

Bakının Səbail rayonunda hәkim-ginekoloq Günel Nəcəfovanın xidməti otağından oğurluqda ittiham olunan Arif Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Ağcabədi rayon sakini Arif gözünü müayinә etdirmək mәqsәdi ilә getdiyi kilinikanın birinci mәrtәbәsindәki hәkim-ginekoloq Günel Nəcəfovanın iş otağına girib. Otaqda iş masasının üzәrindә Günelə mәxsus qadın әl çantasının içәrisindәn 5440 manatı vә 200 dolları götürüb.

Həmçinin həkimə məxsus 1400 manat dәyәrindә "Coccinelle" markalı pul qabını da aparıb və ümumulikdә ona 7180 manat mәblәğindә maddi ziyan vurub.

Arifin barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Arif ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, sonuncu dәfә oğurluq cinayәtinә görә azadlıqdan mәhrum edilib, 2025-ci ildә amnistiyaya düşәrәk cәzaçәkmә müәssisәsindәn azad olunub:

“2026-cı ildә yaşadığım Beylәqan şәhәrindәn Bakıya gәldim. Sabunçu rayonu Zabrat qәsәbәsindә kirayәdә yaşayan yeznәmin evindә qalmağa başladım. Gözümü yoxlatdırmaq mәqsәdilә klinikaya gәldim. Xәstәxananın 1-ci mәrtәbәsindә dәhlizdә gözlәyәn zaman sonradan adının Günel olduğunu bildiyim hәkimin otağının qapısının açıq qaldığını vә içәridә heç kimin olmadığını gördüm. Otağın içərisində masanın üzәrindә qara rәngli әl çantası gözümə dəydi.

Otağa daxil olub, çantanın içәrisindәn qırmızı rәngli pul kisәsini götürərək oradan çıxdım. Xәstәxananın yaxınlığında pul kisәsinə baxanda pul, sәnәdlәr vә bank kartı olduğunu gördüm. Pulu, sәnәdi vә bank kartlarını götürərək cibimә qoydum. Tam xatırlamadığım ünvanda taksiyә mindim. Ondan məni "Koroğlu" metrostansiyasına aparmasını xahiş etdim. Yolda pul kisәsini taksinin pәncәrәsindәn çölә atdım”.

Təqsirləndirilən şəxs deyib ki, "Koroğlu" metrostansiyasına çatdıqda taksidәn düşüb və avtobusla Zabrat qәsәbәsinә gedib: “Qәsәbәdә marketә girәrәk tәxminәn 50-60 manatlıq alış-veriş etdim. Sonra yaşadığım evә yollandım. Evdә pulu sayanda ümumilikdә 4680 manat vә 200 dollar olduğunu, hәmçinin bank kartları, Günelə məxsus şәxsiyyәt vә sürücülük vәsiqәlərini gördüm.

Bir gün sonra polis әmәkdaşları gәldilәr. Məndən baş verәnlәr barәdә soruşdular. Oğurluğu etiraf etdim, pul, sәnәd vә bank kartlarını onlara tәqdim etdim”.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Arif 2 il 5 ay 28 gün müddәtә azadlıqdan mәhrum edilib.