Bu gün Bakı Ağır Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Kərimov və Nurlan Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldəniz Kərimov 7 il, Nurlan Rəhimli isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən şəxslər məhkəmə zalındaca həbs ediliblər.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunublar. Onlar dələduzluq yolu ilə kimsəsiz milliyətçə rus olan qadının əmlakını ələ keçiriliblər.

Onu da qeyd edək ki, Eldəniz Kərimov vəkil olub.

Hacı Zeynalov