“Şahdağ” Qış-Yay turizm kompleksindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə təqsirli bilinən rayon sakinləri Əlverdi Hacıverdiyev və Ayaz Sərkərov tutulublar.

Onlar birlikdə avqustun 6-da “Şahdağ” Qış-Yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlayıblar.

Hacı Zeynalov