TOVUZ, 7 aprel. TELEQRAF
Tovuz rayonunda qaçırılan qızın nənəsi və oğlanın atası danışıb.
Elminaz Cəfərova Teleqraf-ın Qərb bürosuna bildirib ki, nənə nəvəsinin qaçmağa razılıq vermədiyini deyib:
"Yeni tanımışdılar bir-birilərini. Qız razılıq verməyib, oğlan zorla qaçırıb. Qızın valideynləri də razı deyildi. Qız bizə qonaq gəlib-gedirdi".
Oğlanın atası Cəlal Məmmədov isə bildirib ki, hər ikisi bir-birilərini seviblər: "Birlikdə şəkilləri var. Qızı tort almaq adı ilə aparıb. Bizdə qız qaçırmaq adəti var".
Məlumat üçün bildirək ki, hadisə ilə bağlı şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.
***
10:13
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.