BAKI, 16 oktyabr. TELEQRAF

Tovuz rayonunda 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni öldürməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadənin meyiti tapılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, onun meyiti hadisənin baş verdiyi Əyyublu kəndində ağacan asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirərək onu öldürüb. Səbuhi Hacızadə cinayətin motivi barədə sosial şəbəkədə video paylaşaraq açıqlama verib və özünü də öldürəcəyini bildirmişdi.

Qeyd edək ki, cütlüyün üç övladı var. S.Hacızadənin ötən gün xaricdən Azərbaycana qayıtdığı bildirilir.