Abşeronda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus "Mercedes” markalı mikroavtobusda baş verib.

Nəticədə mikroavtobusun mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.