
Daxili İşlər Nazirliyi Salyan rayonunun Şorsulu qəsəbəsində baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə fevralın 22-də, saat 17 radələrində Salyan rayonunun Şorsulu qəsəbəsində qeydə alınıb.
Lənkəran rayon sakini Zahid Əliyevin idarə etdiyi “VAZ-2106” və Astara rayon sakini Elnur Mirzəyevin idarə etdiyi “MAZ” markalı avtomobillər toqquşub. Z.Əliyev və sərnişinləri, həmyerliləri Talıb Əliyev, Natiq Əzimov, Heydər Yaqubov və Səidə Abbaszadə hadisə yerində ölüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov