Kürdəmir rayonunda mağazada qumarxana təşkil edilməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Yenikənd kəndinin ərazisindəki mağazada oranın sahibi İbrahim Əhmədovun qumarxana təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.