Goranboy rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Səfıkürd kəndində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər Bəhruz Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edib. Həmin şəxs yanacaqdoldurma məntəqəsində operator işləyən Elnur Bağırova hədə-qorxu gəlib, ondan 500 manat alıblar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Rövşən Məmmədli həbs edilib.

Hacı Zeynalov