Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1991-ci il təvəllüldü Adil Soltanov, 1990-cu il təbəllüldü Zeynal Qədirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda müxtəlif vaxtlarda şəhər sakinlərinin qarşısını kəsərək, güc tətbiq etməklə əmlakları ələ keçirən 24 yaşlı Adil Soltanov və 25 yaşlı Zeynala Qədirli şübhəli şəxs qismində saxlanılıb.

Hacı Zeynalov