
Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı Rabil Amanovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rabil Amanovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Rabil Amanovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.
Rabil Amanov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rabil Amanov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Rabil Aamanov universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.
Rabil Amanov ümumilikdə 240.412 manat məbləğində rüşvət almaqda ittiham olunub.
Hacı Zeynalov