Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz əşyanın keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emin Elbrus oğlu Ələsgərovanın yanına qısamüddətli görüşə gəlmiş anası Sonaxanım Ələsgərova və bacısı Elnarə Ələsgərovanın üzərlərinə və gətirdikləri sovqata baxış keçirilib.

Baxış zamanı 500 qramlıq “Supersun” qənd qutusunun içərisində gizlədilmiş, 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Elbrus Ələsgərov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov