
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən 1981-ci il təvəllüdlü Səidə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səidə Qasımova 7 il müddətə azadlıqdan məhrum edilib.
Bakı şəhər sakini Səidə Qasımova Narkotika Qarşı Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb.
Hacı Zeynalov