Publika.az-a danışan Arabaçı kənd orta məktəbinin direktoru yayılan məlumatlara aydınlıq gətirib.

Direktor Tofiq Nəbiyev intiharın müəllimlə əlaqələndirilməsini düzgün hesab etmir:

“Hadisə yanvarın 19-da baş verib. Uşağın valideynləri evdə olmayıb. Həmin gün məktəbdə tədbir var idi, bizə günorta saatlarında məlumat verdilər ki, hadisə baş verib. Lakin müəllimin onu təhqir etməsi məlumatı doğru deyil. Bu məsələdə adıçəkilən Rübaid Mirzəyev həm də həmin sinfin sinif rəhbəridir.Şahin Abbasovun dərsə davamiyyətində heç bir problem olmayıb. Onun qavrama qabiliyyəti bir az zəifdir. Lakin buna görə, onun təhqir edilməsi mümkün deyil. Bu məsələnin məktəblə əlaqələndirməsi düzgün deyil. Müəllim şagirddən yalnız, oxumaq, davamiyyət tələb edə bilər. Onu döymək, təhqir etmək mümkün deyil”.

Direktor onu da bildirib ki, Ş.Abbasovun özündən getməsi olub.

“Ola bilər ki, o intihar etməyib. Sadəcə evdə heç kim olmadığına görə, onu xilas etmək mümkün olmayıb”.

Gülxar