
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər sakini Nicat Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Rəfayel Əzimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov