Quba rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Quba rayon Prokurorluğumdan məlumat verilib.

Məlumata görə, Quba rayon sakini, 1962-ci il təvəllüdlü Əliyar Yüzbəyov yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov