Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, BMW markalı avtomobil yolu keçən piyadanı vurub.

1991-ci il təvəllüdlü Nicat Ağayev BMW markalı Sumqayıtın Sülh küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin üzərində 1985-ci il təvəllüdlü Əzimov Rəfael Ərşadxan oğlunu vurub. 30 yaşlı piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.