Bakının Səbail rayonunda dönərxanadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev saxlanılıb. O, bu ilin yanvarın 7-də İlkin Məmmədliyə məxsus dönərxanadan 6100 manat oğurlamaqda təqsirli bilinir.

Hacı Zeynalov