
Şəkidə yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonu ərazisində Şəki-Xaldan yolunun 15-ci kilometrliyində şirkətə məxsus “MAN” markalı yük avtomobili və qoşqusunun yanar hissələri yanıb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.