Bakının Nizami rayonu ərazisində qadın quldurluqla üzləşib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, “8-ci kilometr” bazarında naməlum şəxs Bakı şəhər sakini Sona Ağarzayevaya zor tətbiq edərək içərisində 51 manat və sənəd olan pul kisəsini alıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Araz Qiyasov tutulub.

Hacı Zeynalov