Daxili İşlər Nazirliyi bulvarda baş verən intihara cəhdlə bağlı rəsmi açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 7-də qeydə alınıb. Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda Ağcəbədi rayon sakini, ruhi xəstə Sənubər Əhmədova intihar məqsədi ilə özünü dənizə atıb. Sənubər Əhmədova FHN-nin əməkdaşları tərəfindən xilas edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov