Bakının Nəsimi rayonunda ticarət obyektindən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Allahqulu Mehdiyev tutulub.

O, dekabrın 21-də gecə saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzlərindən birində Kamran Mehrəliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlamaqda şübhəli bilinir.

Saxlanılarkən şübhəli şəxsin üzərindən 1,946 qram tiryək aşkar olunaraq götürülüb.

Hacı Zeynalov