Gəncə şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhərində şəhər sakini Reyhun Məmmədovun və Göygöl rayon sakini Emin Ələsgərovun idarə etdiyi “VAZ” markalı avtomobillər toqquşub. E.Ələsgərov və sərnişini - Göygöl rayon sakini Nahidə Hüseynova xəstəxanaya yerləşdirilib, N.Hüseynova ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov