BAKI, 29 aprel. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Regionda sülh böyük güclərin, xüsusilə də Rusiya Federasiyasının maraqlarına uyğun deyil. Çünki Rusiya bu halda ilk növbədə Ermənistan, sonra Azərbaycan üzərində təsir rıçaqlarını itirir. Rusiya Ermənistan, Azərbaycan və Gürcüstanı öz “təsir zonası” hesab edir”, - spiker vurğulayıb.