BAKI, 29 aprel. TELEQRAF
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi ilə bağlı Fərmana dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, maliyyə monitorinqi orqanı öz informasiya sistemini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) informasiya sistemlərinə (ehtiyatlarına) inteqrasiya edərək qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatları elektron qaydada sorğu əsasında almaq hüququna malikdir.
Maliyyə monitorinqi orqanının qeyd olunan informasiya sistemlərindən (ehtiyatlardan) əldə etdiyi məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edək ki, həmin orqanlar siyahısına Səhiyyə Nazirliyi də əlavə edilib.