BAKI, 29 aprel. TELEQRAF

Londonun yəhudi icmasının sıx yaşadığı Qolders Qrin (Golders Green) rayonunda bıçaqlı hücum hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer rəsmi sosial media hesabında hadisə ilə bağlı paylaşım edib:

"Qolders Qrindəki antisemit hücum tamamilə dəhşətlidir. Yəhudi icmamıza qarşı edilən hücumlar, Britaniyaya qarşı edilən hücumdur. Sürətli müdaxiləyə görə "Shomrim", "Hatzola" və polisə təşəkkür edirəm. Məsuliyyət daşıyanlar mütləq ədalət qarşısına çıxarılacaqlar."