BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Almaniyadakı səfiri Nəsimi Ağayev Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə tərəflər ölkələr arasındakı münasibətləri və regional inkişaf proseslərini müzakirə ediblər.

"Bundestaqın Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ilə görüşməkdən məmnunluq duyuram. Biz ikitərəfli münasibətləri və regional inkişafı, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş diqqətəlayiq irəliləyişləri müzakirə etdik. Bu proses regionda ortaq rifah və davamlı sabitliyin bərqərar olacağı yeni bir dövrün başlanğıcıdır",- səfir bildirib.