BAKI, 29 aprel. TELEQRAF

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, Fərmanda deyilir:

1. 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına bildiriş göndərsin.