BAKI, 23 aprel. TELEQRAF

Azərbaycanda 30 il əvvəl törədilən qətlin bəzi detalları məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1996-cı ilin aprelin 10-da evdən çıxaraq geri qayıtmayan Bayramov Gülməmməd Xanəhməd oğlunu öldürməkdə təqsirli bilinən Şahin Cəlilov başqa cinayətə görə həbs olunub və həbsdə sözügedən hadisə barədə danışıb.

Bundan sonra 30 il öncə törədilən cinayətin üstü açılıb.

Qeyd edək ki, Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlu 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.
Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər.

Qonşuların bildirdiyinə görə, meyitin çənə sümüyü Hudayət Qafarovun qardaşının Qaraçuxur küçəsində yerləşən evinin qarşısında tapılıb.

Hadisə yerindən fotoları təqdim edirik: