BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunmuş Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfransda təltif olunan qurumlar sırasında Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu da olub.

“Təhlükəsiz və səmərəli fəaliyyətin təşkili” mövzusunda keçirilən konfransda İnstitut Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əldə edilmiş uğurlara görə” sertifikatı ilə təltif edilib.

Qeyd edək ki, İnstitut bundan əvvəl sənayedə texniki təhlükəsizliyin kefiyyətli və etibarlı şəkildə təmin edilməsinə dair beynəlxalq səviyyəli müxtəlif seritifikatlara layiq görülüb.