BAKI, 29 aprel. TELEQRAF

İngiltərənin “Aston Villa” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Markus Reşfordla maraqlanır.

Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı hücumçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Hazırda “Mançester Yunayted”dən icarə əsasında Kataloniya klubunda çıxış edən Reşfordun 30 milyon avroya birdəfəlik transfer olunması imkanı nəzərdən keçirilir.

"Barselona" 28 yaşlı hücumçunun icarə müddətini uzatmaqda maraqlı olsa da “Mançester Yunayted” buna razı deyil. Lakin Reşford özü karyerasını La Liqada davam etdirmək istəyir.

Qeyd edək ki, cari mövsüm Reşford “Barselona”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.