Ağcabədi rayonunda iki qadının təmizlik işçisi olan kişini döymələrinə dair video yayılıb.

Teleqraf.com xəbər verir ki, iki qadın təmizlik işçisi olan kişini döyməyə başlayıblar.

Ətrafda olan təmizlik işçiləri onları ayırmağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

Bildirilir ki, döyülən kişi Ağcabədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisidir. Qadınlar isə döyülən kişinin bacısının baldızlarıdır. Hadisə ailə münaqişəsi zəmnində baş verib.

26/12/2019
16:05

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.