BAKI, 30 mart. TELEQRAF
Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəlliməsi olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi olub. Ötən il yaşı ilə bağlı əmək pensiyasına çıxıb.
Məlumat üçün bildirək ki, Çiçək Sərdarova ruhi xəstə olan oğlu Anar Allahverdiyev tərəfindən küt alətlə qətlə yetirilib. Daha sonra isə özünü sürtkü ilə yandıraraq öldürüb.
Qeyd edək ki, qətli törədən 33 yaşlı Anar Allahverdiyev Azərbaycan Texnalogiya Universitetinin məzunu olub. Sonradan A. Allhverdiyevin sonradan psixi problemləri yaranıb və xəstəliyə çevrilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
15:20
Şəmkir rayonunda oğul anasını qətlə yetirib.
Teleqraf xəbər verir ki, rayonun Qaracaəmirli kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib.
Sonra isə özünü sürtkü ilə yandıraraq öldürüb.
A.Allahverdiyevin ruhi xəstə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşkarı cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırna başlanılıb.