BAKI, 31 mart. TELEQRAF
Mingəçevirdə 57 yaşlı kişi küçədə ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Şah İsmayıl Xətai küçəsində üzərində hər hansı zorakılıq əlaməti olmayan meyit aşkarlanıb.
Meyitin 57 yaşlı Kəlbəcər rayon Zar kənd sakini Şahlar Məmişova aid olduğu müəyyən edilib.
Mərhumun küçədə qəflətən səhhətinin pisləşdiyi və bu səbəbdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.