BAKI, 31 mart. TELEQRAF
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Saray qəsəbəsi ərazisində yerləşən Saray körpüsündə qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet Cobalt” markalı minik avtomobili 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.
Qəza ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.