BAKI, 2 aprel. TELEQRAF
Qətərin "Əl-Cəzirə" telekanalı Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların sayı ilə bağlı yenilənmiş məlumatları dərc edib.
Teleqraf xəbər verir ki, İran Səhiyyə Nazirliyindən verilən məlumata görə, 28 fevraldan bəri İranda ölənlərin sayı 2076 nəfərə çatıb, 26 500 nəfər isə yaralanıb.
Livanda 125 uşaq da daxil olmaqla 1345 nəfər həlak olub, 4040-dan çox insan yaralanıb.
İsraildə 10-u hərbçi və 28 mülki şəxs ölüb, 3223 yaralı xəstəxanaya yerləşdirilib.
ABŞ döyüş əməliyyatları zamanı 13 əsgərini itirib, daha 2 nəfər qeyri-döyüş şəraitində ölüb. İşğal olunmuş İordaniya çayının Qərb sahilində 4 nəfər, Birləşmiş Ərəb Əmirliklərində 12 nəfər ölüb, 169 nəfər yaralanıb. Bəhreyndə 3 nəfər, Səudiyyə Ərəbistanında 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Küveytdə 6 nəfər, Omanda 3 nəfər, Qətərdə 16 nəfər, İordaniyada 20 nəfər, Suriyada 4 nəfər və İraqda 107-dən çox insan yaralanıb.