AĞDAM, 31 mart. TELEQRAF
Ağdamda bıçaqlanan qız Bakıya göndərilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Leyla Cəfərova dayısı oğlu tərəfindən bıçaqlanaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.
Tibb müəssisəsində ona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.
Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir
***
18:57
Ağdamda 19 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
***
18:26
Ağdamda 19 yaşlı qıza dayısı oğlu bıçaqla xəsarət yetirib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.
Rayon sakini Cəfərova Leyla üz nahiyyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
L.Cəfərovanın xəstəxanada bildirdiyinə görə, onu öz dayısı oğlu bıçaqlayıb.
L.Cəfərova ətir satıcısı kimi işləyir.
Faktla bağlı araşdırma başlanıb.