BAKI, 1 aprel. TELEQRAF

Bakıda ər-arvad dəm qazından zəhərlənərək ölüb.

Teleqraf xəbər verir ki, martın 31-də 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı kirayə yaşadıqları Xətai rayonu, Araz Novruzov küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.