BAKI, 24 mart. TELEQRAF

Bakı sakini zibil atdığına görə bıçaqlanıb.

Teleqraf xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Məhəmməd Hadi küçəsində 1993-cü il təvəllüdlü Ç.Rəvan məişət tullantısı atarkən naməlum şəxs ona irad tutub.

Onların arasında əlbəyaxa dava olub. Ç.Rəvan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.