Böyük Britaniya Hörmüz boğazında beynəlxalq gəmiçiliyi bərpa etmək üçün İrana iqtisadi təzyiq göstərməyə hazırdır.

Teleqraf xəbər verur ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib .

"Biz diplomatik və iqtisadi təzyiqə ehtiyacımız olduğunu açıq şəkildə bildiririk" - nazir Hörmüz boğazına həsr olunan təhlükəsizlik konfransından sonra bildirib.

Britaniya Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən tədbirə Avropa, Asiya, Yaxın Şərq və Latın Amerikasının 40-dan çox ölkəsinin xarici işlərnazirləri onlayn qoşulublar.