BAKI, 5 may. TELEQRAF
Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindəyik.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıya səfəri çərçivəsində sosial şəbəkə hesabında Azərbaycanla strateji tərəfdaşlığın önəmindən bəhs edib.
O, Bakının İtaliya üçün konkret və uzunmüddətli dəyərə malik olduğunu vurğulayıb:
"Biz Azərbaycanla enerji, təhlükəsizlik, əlaqəlilik, investisiya və siyasi dialoq istiqamətlərində onsuz da yüksək səviyyədə olan əməkdaşlığı daha da möhkəmləndirmək, onu ölkələrimiz üçün yeni fürsətlərə çevirmək niyyətindəyik".
Ölkə rəsmisi mürəkkəb qlobal dövrdə sabitliyin və etibarlı münasibətlərin qorunmasının vacibliyinə diqqət çəkib. O, Roma ilə Bakı arasındakı əlaqələrin bu sabitliyi təmin edən mühüm amillərdən biri olduğunu bildirib.