BAKI, 22 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı ABŞ lideri Donald Tramp yaxınlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Mayami Universitetində keçirilən konfransda çıxışı zamanı deyib.
"Biz bu sazişi (2025-ci ilin avqustunda əldə olunmuş Vaşinqton razılaşması - red.) cəmi altı həftə ərzində bağladıq. Onlar 37 il idi ki, müharibə şəraitində idilər, indi isə ən yaxın dostdurlar. Bu, həqiqətən də qeyri-adi və diqqətəlayiq bir nəticədir",- o qeyd edib.