BAKI, 11 fevral. TELEQRAF

Rusiya həm Azərbaycan, həm də Ermənistanla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir və Moskva bu əlaqələri gələcəkdə də davam etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

O, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərini və bölgə ölkələri ilə imzalanan yeni layihələri şərh edərkən Rusiyanın mövqeyini açıqlayıb:

"Azərbaycan və Ermənistan suveren dövlətlərdir, ona görə də onların ABŞ da daxil olmaqla istənilən ölkə ilə münasibət qurmaq tam hüququ var. Bizim həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən nəhəng ikitərəfli münasibətlər kompleksimiz var. Bura qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıq, investisiyalar və mədəniyyət sahəsindəki əlaqələr daxildir. Əlbəttə ki, biz tərəfdaşlarımızla bu münasibətləri inkişaf etdirmək niyyətindəyik ki, bu, hər iki tərəf üçün faydalı olsun".