BAKI, 11 fevral. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq prosesini yüksək qiymətləndirib.

O, bu barədə Teleqraf-a açıqlamasında bildirib.

BMT rəsmisi təmsil etdiyi qurumun bu mühüm tədbirin uğurla reallaşması üçün dəstək göstərəcəyini vurğulayıb.

İ. Qarafuliç qeyd edib ki, Azərbaycanda ölkə rəsmiləri, nazirlər və onların müavinləri ilə keçirdiyi görüşlər hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını göstərir:

"BMT olaraq biz də bu forumda yüksək səviyyədə təmsil olunacağıq. İstəyirik ki, bu tədbir Azərbaycan üçün uğurlu olsun”.