BAKI, 14 yanvar. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" hesabında qeyd olunub.

Bildirilir ki, iki ölkə arasında əməkdaşlıq regionun sülhünə, sabitliyinə və rifahına töhfə verəcək:

"Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin 34-cü ildönümü mübarək! "Türkiyə və Azərbaycan arasında Diplomatik Münasibətlərin Yenidən Təsis Edilməsi Protokolu" 14 yanvar 1992-ci ildə imzalanıb və bu tarixdən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bu münasibətlər "iki dövlət, bir millət" prinsipi ilə bu gün strateji tərəfdaşlıq və qardaşlıq əsasında bütün sahələrdə daha da möhkəmlənərək davam edir.

Biz inanırıq ki, qarşılıqlı hörmət, etimad və ortaq tarix anlayışı ilə formalaşan bu güclü bağlar regionumuzun sülhünə, sabitliyinə və rifahına töhfə verməyə davam edəcək".