BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zirə" "Səbail"ə qalib gəlib.
Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.
Əlavə vaxtda da hərəyə 1 qol vuran tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 2:2.
Penaltilər seriyasında daha dəqiq oynayan "Zirə" (3:2) 1/8 finala adlamağı bacarıb.
Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" "Zaqatala"nı 1:0, "Sumqayıt" "Kür-Araz"ı 11:0, "Qəbələ" isə "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edib.
Bu raunda oktyabrın 29-da yekun vurulacaq.