BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə paylaşım edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" hesabında qeyd olunub.

"Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü mübarək. "Bir millət, iki dövlət" anlayışı ilə yoğrulan qardaşlığımızın əbədi olmasını diləyirik", - məlumatda bildirilib.