BAKI, 20 iyun. TELEQRAF

Ukrayna əsirliyindən qayıdan hərbçilərin altıncı qrupunu daşıyan “İl-76MD” təyyarəsi Moskvaya enib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumatında Rusiya və Ukrayna iyunun 2-də İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına əsasən, əsir mübadiləsi həyata keçirildiyi bildirilmişdi.

Bu, artıq müqavilələr əsasında geri qayıdan altıncı hərbçi qrupudur: əvvəlki mübadilələr iyunun 9, 10, 12, 14 və 19-da baş tutub.