BAKI, 19 iyun. TELEQRAF
"Azərbaycanlılar üçün Türkiyə təkcə qardaş ölkə deyil, həm də ikinci Vətəndir".
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində deyib.
“Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq",- o qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə zəlzələ baş verən zaman yardıma ilk gələn ölkələrdən biri Azərbaycan olub.
“Azərbaycan xalqının zəlzələ zamanı göstərdiyi qardaşlıq və həmrəylik bizim üçün unudulmazdır. Bu məhəllə, dağıntılardan sonra, məhz Azərbaycanın dəstəyi ilə yenidən qurulub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın verdiyi dəstək daim xatirəmizdə qalacaq. Biz Kahramanmaraşı müasir və tam təmin olunmuş bir yaşayış yerinə çevirmişik",- Ərdoğan vurğulayıb.